Bakıda 4 milyon manata villa satışa çıxarıldı

Bakıda 4 milyon manata villa satışa çıxarıldı

Ən ucuz mənzil Qaradağdadır

Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

BakuCity.az-ın məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərimanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub.

N.İbrahimov bildirib ki, ən ucuz mənzil isə Qaradağ rayonunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

Ekspert vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.

BakuCity.az

Bakı villa mənzillər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər