Abşeron sakinlərinə ŞAD XƏBƏR: 5 qəsəbənin yolları təmir edilir - FOTO

29.2 km uzunluğunda küçələr təmir edilir

Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu və Masazır qəsəbələrinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 19.7 milyon manat ayrılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu və Masazır qəsəbələrinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 17 küçədə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 250 min kv.m-dən çoxdur.

Təmir işləri, əsasən, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Təmiri aparılan və nəzərdə tutulmuş küçələr Mehdiabad qəsəbəsi üzrə Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Çingiz Mustafayev və Sona Salmanova, Ceyranbatan qəsəbəsi üzrə Heydər Əliyev, Masazır qəsəbəsi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Saray qəsəbəsi üzrə isə Mikayıl Müşfiq küçəsi və Heydər Əliyev prospektidir.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

BakuCity.az

Abşeron yol təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlının sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir. Sədrin dediyinə görə, bununla bağlı qərar isə bu gün veriləcək: “Zəruri işləməli olan müəssisələrin...
Cəmiyyət
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət ç...
İdman
Bakının “Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı paytaxt təmsilçisinin rəsmi saytında məlumat verilib. Məlumata görə, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq. Xatırladaq ki, X.Rodriqes “Sabah”a bu ilin yanvarında transfer olunub. BakuCity.az
Ekologiya
Havanın temperaturu düşəcək, güclü külək... BakuCity.az xəbr verir ki, bu barədədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Bunun nəticəsində də havanın temperaturu  ötən günl...
Hakimiyyət
Nazirliyin postuna fərqli namizədlərin adları çəkilir. Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır. Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır. BakuCity.az xəbər verir ki, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir. Həmçinin oxu: Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir. Qeyd edək ki, Fə...
Ekologiya
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa...
Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...