Azərbaycanda onlayn yolla narkotik satan 27 nəfər həbs edildi - VİDEO

Pul vəsaitləri anası Elvira Ağayevada cəmlənib

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyədə yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

Nazirliyin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyat nəticəsində dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin rəhbərləri İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və qohumu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Müəyyən olunub ki, dəstə üzvləri gizli pərdələyici üsullardan istifadə edərək “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər. Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları,  aralarındakı gizli sövdələşmələrin səs yazıları  da müəyyən edilib.

Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevada cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.

Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər. Qeyd edək ki, metamfetamin ağ kristal maddədir və yüksək asılılıq yaratmaq potensialına malik psixostimulyatordu. Narkotikin təsiri bitdikdən sonra insanda dərin ruh və fiziki düşkünlük yaranır. Davamlı olaraq ondan istifadə edən şəxslər intensiv çəki itkisinə məruz qalırlar. Metamfetaminin davamlı olaraq qəbulu insan sağlamlığı üçün geri dönüşü olmayan nəticələrə -  və ən nəhayət ölümə səbəb olur.

Qeyd edək ki, “Baba” və “Orxan XX”nin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.

BakuCity.az

narkotik satış onlayn həbs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına (Avro-2020) aparacağı təxmini heyəti seçib. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lüy”ü müəyyənləşdirdiyini yazıb. R.Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə o...
Cəmiyyət
Sexin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirilib. Həmçinin oxu: Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə...
Cəmiyyət
Binəqədidə qənnadı sexlərinin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınma...
Siyasət
"O zamanlar Azərbaycanda ciddi mənada sıxıntılı dövr idi" “Bu gün Bakıda mətbuat konfransında da ifadə etdim. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə də Azərbaycana getmişdim. 1992-ci ildə də Ərbəkan müəllimlə (Nəcməddin Ərbəkan, 1996-1997-ci illərdə Türkiyənin Baş Naziri olub – red.) Bakıya getmişdim. O vaxtlar market, bazarlarda elə də bir şey tapa bilməzdik. Bir şey istədikdə, satıcı vitrində göstərdiklərinizdən ikincisini tapa bilmirdisə,...
Ekologiya
Hazırda toz dumanı müşahidə olunur Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov BakuCity.az-a bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsid...
Cəmiyyət
Hərəkət dayandırılıb Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. BakuCity.az-ın məlumatına görə, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurban...
Hadisələr
Qayınanasının vəziyyəti ağırdır Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Həmin şəxsin həyat yoldaşı və qaynı hadisə yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi o...
Siyasət
Bu gün görüşüb qərar verəcəklər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat) və deputatlığa müstəqil namizəd Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib. BakuCity.az-ın məlumatına görə, mitinqin təşkilatçılarından olan D18 təşkilatının rəhbəri Ruslan İzzətli APA-ya bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May...
Mədəniyyət
Hazırda da dumanlı hava şəraiti davam edir Bu gün səhər saatlarından etibarən Abşeron yarımadasında toz dumanı müşahidə olunur. BakuCity.az xəbər verir ki, Sumqayıtda qeydə alınan görüntülər isə “sunami”ni xatırladıb. Qeyd edək ki, hazırda da dumanlı hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bu halı təbii metereoloji hadisə adlandırıb. Bildirilib ki, havanı...