İcazəsiz ov edən şəxslər saxlanıldı

İcazəsiz ov edən şəxslər saxlanıldı

İcazəsiz ov edən şəxslər saxlanılıb

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində  icazəsiz ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri  Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

BakuCity.az

Ov Azərbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər