Hadi Rəcəblinin lider olduğu dairədə səsvermənin nəticələri ləğv edilib? - İddiaya CAVAB

Hadi Rəcəblinin lider olduğu dairədə səsvermənin nəticələri ləğv edilib? - İddiaya CAVAB

"Belə şeylər həmişə olur"

74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə seçkilərdə bu dairə üzrə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

BakuCity.az-ın məlumatına görə, Lənkəran kənd seçki dairəsinin sədri Əlövsət Quliyev Oxu.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib.

Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb:

Həmçinin oxu: Bir neçə məntəqədə səsvermənin nəticələri ləğv olundu

"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran kənd seçki dairəsinin lider namizədi Hadi Rəcəblidir.

BakuCity.az

Hadi Rəcəbli seçkilər nəticələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər