Külək güclənəcək
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralın 14-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
BakuCity.az