Üç erməni idmançını məğlub edən Bakı məktəblisi - FOTO

Üç erməni idmançını məğlub edən Bakı məktəblisi - FOTO

İndiyədək 12 qızıl medal qazanıb

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

İdarədən BakuCity.az-a verilən məlumata görə, 12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.

Üç erməni idmançını məğlub edən Bakı məktəblisi - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı məktəblisi ermənilər karate
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər