Yeni piyada keçidləri təşkil edilib
Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bununla əlaqədar kəsişmədə svetofor obyekti işə salınıb.
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılmasına səbəb olacaq.
Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.