Bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Xiyar, pomidor, kartof, soğan bahalaşıb

Azərbaycanda 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən BakuCity.az-a verilən məlumata görə, cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyü, qarabaşaq yarması, makaron məmulatları, mal əti, təzə və dondurulmuş balıq, kolbasa məmulatları, süd, yoğurt, xama, brınza pendiri, yumurta, kərə və bitki yağları, limon, naringi, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, sarımsaq, soğan, kartof, şəkər, çay, qəhvə və spirtli içkilərin qiymətlərində artım, portağal, banan, kivi, qoz, çuğundur, yerkökü, mərci, şəkər tozu və energetik içkilərin qiymətlərində isə azalma müşahidə olunub.

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parça, geyim, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri üçün ehtiyat hissələri, divar kağızları, boyalar, kəsilmiş taxtanın qiymətlərində artım, paltaryuyan maşın, kondisioner, mobil telefon, fotoaparat və fərdi kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub.

Həmçinin ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində artım, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə azalma müşahidə olunub.

BakuCity.az

ərzaq məhsulları bahalaşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər