Parlamentdə davalar: “Səviyyən çatmır ki, burada dərs keçəsən”, “Xeyir ola, hara gedirsən?” - VİDEO

“İmamverdi, xeyir ola, hara gedirsən? İclas davam edir hələ”

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

BakuCity.az xəbər verir ki, əvvəlki çağırışlarda Milli Məclisdə təmsil olunan şəxslərin bir çoxu növbədənkənar seçkilərdə qələbə qazandı.

Oxu.az həmin şəxslərin əvvəlki çağırış parlamentdə söz atışmaları, “davaları” ilə bağlı yaddaqalan məqamları araşdırmağa çalışıb.

Ən çox söz davasına çıxan Oqtay Əsədovla Zahid Oruc olub. Onlar arasında mübahisə isə 2016-cı il iyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasında pik həddə çatıb. Vəziyyət o həddə gəlib çıxıb ki, spiker O.Əsədov Z.Orucu “səviyyəsiz” adlandırıb.

O.Əsədovun ən çox irad bildirdiyi deputatlardan biri də Fazil Mustafadır. Hələ IV çağırış Milli Məclisin 2013-cü il dekabrın 3-də keçirilən iclasında O.Əsədovla F.Mustafa arasında zarafata görə mübahisə yaranmışdı. F.Mustafa söz alarkən spikerə “deyəsən, mən çıxışa yazılmayanda müzakirələri dayandırırsınız” deyib. Spiker isə cavabında deputata deyib ki, o, özünü yüksək qiymətləndirir və digər deputatları aşağılayır. F.Mustafa isə O.Əsədova cavabında deyib ki, o, həmin ifadəni zarafatla söyləyib. Spikerin deputata cavabı isə xeyli sərt olub: “Mənim sizinlə zarafatım var? Nə zarafat? Mən zarafat etmirəm. Bizim zarafatımız yoxdur”.

Parlamentin 2015-ci il martın 17-də keçirilən iclasında O.Əsədov F.Mustafanın çıxışına sətiraltı sözlərlə cavab verib.

Belə ki, F.Mustafanın “bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar?” deməsinə O.Əsədov belə cavab verib:  

“Papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil. Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

Həmin vaxt deputat S.Novruzov da məsələyə münasibət bildirib:

“Belə bir gündə hesab edirəm ki, tənqidə də o qədər ehtiyac qalmır. Gəlin, hesabata səs verək. Fazil Mustafa da getsin, papağını atsın”.

2016-cı il iyunun 14-də parlamentin iclasında deputat F.Mustafa ilə Milli Məclisin sədri O.Əsədov arasında yenə gərginlik yaşanıb.

F.Mustafanın “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsini dəstəkləyən həmkarlarını qınayıb:

“Ancaq nə yaxşı ki bizim təhsilimizi, gələcəyimizi düşünən Prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O, hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.

Spiker O.Əsədov isə deputatın fikirlərinə əsəbi şəkildə cavab verib:

“Əslində, möhlət hüquqi həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab Prezidentə məxsus idi. O, bunu nə zaman edəcəyinə özü qərar verir. Yəni indi kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı Prezident verib və verir”.

Milli Məclisin bundan əvvəlki çağırışlarında Milli Məclis sədrinin birinci müavini vəzifəsini tutan Ziyafət Əsgərovla deputat Fəzail Ağamalı arasında da gərginlik yaranıb.

Parlamentin 2015-ci il fevralın 24-də keçirilən iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı F.Ağamalı deyib ki, bu sənəd Azərbaycan elmini “ölü nöqtə”dən çıxaracaq:

“Elmdəki durğunluğu aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (indi keçmiş prezidenti – red.) Akif Əlizadənin çiyinlərinə ağır yük düşür”.

Z.Əsgərov F.Ağamalının fikirlərini etirazla qarşılayıb:

“Deyirsiniz ki, Azərbaycan elmi ölü vəziyyətindədir. Elədirsə, elm yoxdursa, siz özünüz diplomu necə, haradan almısınız?”

F.Ağamalı yerdən replika ataraq ali təhsil diplomunu SSRİ zamanında aldığını bildirib.

Onun replikasına birinci vitse-spiker belə cavab verib:

“Onda qayıdaq sovet dövrünə?”

Sonradan F.Ağamalı yerli mediaya müsahibəsində Ziyafət Əsgərovu tənqid edib. O bildirib ki, Z.Əsgərovla tez-tez mübahisələri düşür. F.Ağamalının sözlərinə görə, Z.Əsgərov bir çox hallarda deputatların çıxışlarına yersiz müdaxilələr edir.

Z.Əsgərov F.Mustafa ilə də tez-tez söz savaşına çıxanlardandır. Parlamentin 2019-cu il oktyabrın 22-də keçirilən iclasında F.Mustafanı “sancaraq” onu “oturduğu budağı laxlatmaqda” ittiham edib:

“Deputat saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Plenar iclas zamanı bizi səkkiz kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur.

İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur. Milli Məclis ciddi orqandır: Fazil Mustafa, siz burada selfi, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura selfi çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır”.

Həmin iclasda F.Mustafa özü iştirak etməmişdi. Amma elə sosial şəbəkə hesabından Ziyafət Əsgərova cavab verib. O bildirib ki, Z.Əsgərov Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib.

Milli Məclisin 2016-cı il noyabrın 29-da keçirilən iclasında Aqil Abbas deyib ki, ən çox söyülən deputatlar özü, Fazil Mustafa və Fəzail Ağamalıdır.

“Hesablamışam, internetdə atamın goruna 932 nəfər söyüblər”, - deyə A.Abbas bildirib.

F.Ağamalı həmkarına sərt cavab verib:

“Aqil Abbasın səviyyəsi ona çatmır ki, burada millət vəkillərinə dərs keçsin. Hər dəfə sanki bizi burada qabağına qoyub dərs keçir”.

F.Ağamalının qalmaqal yaşadığı digər həmkarı isə Fəzail İbrahimlidir. Belə ki, 2017-ci ilin oktyabrında Bakının Nəsimi rayonunda F.İbrahimlinin oğlu avtomobillə adam vurub.

Mətbuatda ilk məlumat belə yayılmışdı ki, maşınla adam vuran Fəzail Ağamalının oğlu Yalçındır. F.Ağamalı isə buna etiraz etmişdi. O, adaşını və həmkarını yalançılıqda ittiham edib.

F.Ağamalı deyib ki, oğlu Yalçının yol qəzası törətməsi haqqında yalan məlumatı həmkarı İbrahimli ötürüb. O, bunu namərdlik adlandırıb:

“Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o, iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır”.

F.Ağamalı isə cavabında deyib ki, həmkarı əsəblərinə hakim deyil, qırmızı xətti keçir:

“Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harada şər, pislik, mənfilik varsa, o yada düşür... Vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”.

Ümumiyyətlə, O.Əsədov dəfələrlə deputatlara iclasda iştirak etməmələrinə, iclas zamanı telefonlardan istifadə etdiklərinə görə iradlarını bildirib.

Milli Məclisin 2016-cı il martın 4-də keçirilən iclasında O.Əsədov İmamverdi İsmayılovu tənbeh edib.

Spiker millət vəkillərini aktiv olmağa çağırıb. O, deputat İ.İsmayılovun iclası tez tərk etməsinə də iradını bildirib:

“İmamverdi, xeyir ola, hara gedirsən? İclas davam edir hələ”.

BakuCity.az

Milli Məclis mübahisələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.  Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu he...
Ekologiya
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb  küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s...
Cəmiyyət
Bu gün axşamdan metro bağlanacaq Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  BakuCity.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii...
Cəmiyyət
Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb BakuCity.az xəbər verir ki, videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur.  Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil. Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə a...
Cəmiyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...