Bakıda ilin ilk beynəlxalq idman yarışı başlayır

Bakıda ilin ilk beynəlxalq idman yarışı başlayır

Turnirdə 150-dək gimnast mübarizə aparacaq

Fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək. 

Azərbaycan Gimnastika Federasiyasından BakuCity.az-a verilən məlumata görə, iki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək.

Dünya Kubokunda Azərbaycanı batutda Selcan Mahsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcək. 

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq.

BakuCity.az

Bakı gimnastika batut
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər