Bakıda bu evlər də plana düşdü - YENİ SİYAHI

Ən çox qəzalı bina Sabunçu rayonundadır

Bakıda tikinti-təmir işləri davam edir. Bu il də paytaxtda söküləcək evlərin və qəzalı binaların siyahısı hazırlanır. Siyahı tam hazır olandan sonra Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Baku.ws-ə bildirilib.

Məlumata görə, qəzalı binalarla bağlı siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib:

“Həmin siyahıya baxılacaq və köçürülmə işləri aparılacaq”.

Həmçinin oxu: Bakıda bu qəsəbə plana düşüb? - Siyahıyaalma başladı

Bundan əlavə, ötən ildən qalan söküntü işləri davam etdirilir. Belə ki, ötən il Nazirlər Kabinetinin verdiyi qərara əsasən, Bakıda 17 bina qəzalı vəziyyətdə olduğu üçün sökülməlidir.

Bundan əlavə, Səbail rayonunda sürüşmə ərazisindən 92 ailənin köçürülməsinə qərar verilib. Həmin işlər yaxın günlərdə başa çatmalıdır.

Həmçinin keçmiş "Sovetski" adlanan ərazidə əhalinin köçürülməsi işləri hələ tam yekunlaşmayıb.

M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələrində söküntü gedən ərazilərdə qalan 24 evdən artıq 14-ü köçürülüb. Həmin ailələrin əksəriyyəti də MİDA-nın mənzillərinə yerləşdirilib. Qalan vətəndaşlar isə bazar qiymətindən qat-qat artıq pul istəyirlər. Bu səbəbdən də onlar həmin ərazidən köçürülməyiblər.

Qeyd edək ki, söküntü gedəcək və əhalinin köçürüləcəyi binalar Sabunçu, Səbail, Binəqədi, Xətai, Yasamal rayonları ərazisində yerləşir.

Ən çox qəzalı bina isə Sabunçu rayonu ərazisindədir. Həmçinin 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi, 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A ünvanında da köhnə yaşayış binaları var. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 ünvanında yerləşir.

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib.

Sabunçu rayonunda isə aşağıdakı ev və binalar kəskin qəzalı vəziyyətdədir:

- Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6
- Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27
- Sabunçu qəs., M.Rəsulzadə dalan 3, ev 2
- Sabunçu qəs., B.Bünyadov küçəsi, 7A
- Sabunçu qəs., 2 Aprel küçəsi, ev 8A
- Sabunçu qəs,. 2 Aprel küçəsi, 18
- Sabunçu qəs., D.Pişəvəri küçəsi, 13Q
- Sabunçu qəs., D.Pişəvəri küçəsi, 15

Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib:

- Park küç, 32
- S.Bəhlulzadə küç., döngə 17, ev 15
- İ.Məmmədov küç., 6
- İ.Məmmədov küç., 8

Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi, 42 ünvanında isə bir bina kəskin qəzalı vəziyyətdə olduğu səbəbindən söküləcək.

BakuCity.az

Bakı qəzalı binalar söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...