Xilasedicilər təhlükəsizlik tədbirləri görüblər
Bakıda xəstəxana binasının dam örtüyü qopub.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb.
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
BakuCity.az