Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO

Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO

"Milli ənənələrə cavab verməyib"

BakuCity.az “Bakının heykəlləri” rubrikası çərçivəsində heykəltəraş, Azərbaycan SSR Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Qala divarları yaxınlığında, Sabir bağında görkəmli satirik şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəlindən bəhs edib.

Əlində kitab, oturmuş halda təsvir olunan şairin heykəli 1958-ci ildə ucaldılıb. Abidənin memarları Ə.İsmayılov və Q.Əlizadədir.

Heykəlin təməli 1922-ci ildə qoyulub

M.Ə.Sabirin heykəli ilk dəfə 1922-ci ildə elə indiki yerində tanınmış heykəltəraş Yakov İosifoviç Keylixis tərəfindən ucaldılıb.

Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-1 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-2 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-3

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Bakı şəhərinin təsviri həyatının zənginləşməsində fəal iştirak edən Y.İ.Keylixis 1922-ci ildə memar Y.Sirişevin layihəsi əsasında Mirzə Ələkbər Sabirin heykəlini hazırlayıb. Bu, ümumiyyətlə, Bakıda qoyulmuş ilk heykəl olmalı idi.

Məhz 1922-ci ildə memar Q.Əsgərovun layihəsi əsasında salınmış Sabir bağında M.Ə.Sabirin heykəli də ucaldılır, amma paytaxtın bu ilk heykəltəraşlıq nümunəsi uğurlu alınmır. Belə ki, heykəl öz ölçülərinə uyğun gəlməyən və onu alçaq göstərən dördkünc kürsülük üzərində yerləşdirilmişdi.

Həmçinin oxu: Nərimanovun heykəli: ermənilərin məkirli niyyəti, binalarla "çəpərlənmiş" abidə - FOTO

Xüsusilə simadakı quruluq və geyim tərzi heykəlin mənfi tərəflərini daha da qabardırdı. Bir çoxları heykəlin milli ənənələrə cavab vermədiyini, xüsusiyyətlərinin millilikdən tamamilə uzaq olduğunu əsas gətirərək onun götürülməsinin tərəfdarı idi.

Cəlal Qaryağdı

Heykəl 36 ildən sonra götürülüb

Beləliklə, 1950-ci illərdə heykəlin yerləşdiyi bağın sahəsi genişləndirilir, ərazidə yenidənqurma və yaşıllaşdırma işləri aparılır. Bağın yenidən qurulması və qədim Qala divarlarına açılan görünüş sayəsində ərazinin memarlıq təsiri daha da güclənir və şairin yeni abidəsinin hazırlanması tələbatı artır. Heykəltəraş Y.İ.Keylixis tərəfindən ucaldılan heykəl 36 ildən sonra götürülür, yerinə şairin hazırkı heykəli qoyulur.

Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-4 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-5 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-6 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-7 Bakıda ucaldılmış ilk heykəl: "Milli ənənələrə cavab vermir, uğursuzdur" - FOTO, fotoşəkil-8

Hazırda köhnə heykəlin Balaxanıdakı parkda saxlanıldığı bildirilir.

Heykəltəraş C.Qaryağdı memarlar Q.Əlizadə və E.İsmayılovla birgə bu işin öhdəsindən uğurla gəlir. 1958-ci ildə şairin ayaq üstə dayanan vəziyyətdə hazırlanmış heykəlinin yerində oturaq vəziyyətdə heykəli ucaldılır və bu abidə əvvəlkindən daha baxımlı olur. 

Ramilə Qardaşxanqızı

FOTO: Nicat Alili

BakuCity.az

Bakı Mirzə Ələkbər Sabir heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər