Məzahir Pənahov: Vəzifəsinin öhdəsindən gələ bilməyənlər cəzalandırılacaq

Məzahir Pənahov: Vəzifəsinin öhdəsindən gələ bilməyənlər cəzalandırılacaq

Görüntülər ciddi şəkildə araşdırılır

Sosial şəbəkələrdə seçki dairələri ilə bağlı yayılan bütün məlumatlar araşdırılır.

BakuCity.az xəbər verir ki, bunun Mərkəzi Seçki Komissiyasının (MSK) bügünkü iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Həmçinin oxu: Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadı Rəcəblinin seçildiyi dairələrdə nəticələr ləğv edildi - RƏSMİ + YENİLƏNİB

M.Pənahov bildirib ki, bu baxımdan sosial şəbəkələrin böyük rolu var:

“Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır. Çünki yayılan görüntülər həm də MSK-ya daxil olan müraciətlərdə öz əksini tapır”.

MSK sədri vurğulayıb ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir:

"İnsanlarda narazılıq doğuran hallar yersiz hərəkətlərdir".

BakuCity.az

Məzahir Pənahov MSK seçkilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər