Nazirlikdən maaşların növbəti dəfə artırılması ilə bağlı ŞAD XƏBƏR

Əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək. 

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq. 

İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır. 

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.

BakuCity.az

əməkhaqqı artım təkliflər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Rusiyadan Azərbaycana daha 175 nəfər azərbaycanlı gətirilib. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Həmçinin oxu: Daha 175 azərbaycanlı Rusiyadan vətənə gəlir Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbayca...
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Rusiyadaki Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirilir. Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. BakuCity.az xəbər verir ki, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiya...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...
Kriminal
Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib. Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi nəzarətə götürülüb. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Həmçinin oxu: Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət v...