Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

Hadi Rəcəbli 1995-ci ildən deputat idi

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Həmçinin oxu: Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadi Rəcəblinin seçildiyi dairələrdə nəticələr ləğv edildi - RƏSMİ + YENİLƏNİB

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

BakuCity.az

Hadi Rəcəbli seçkilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər