Bakının böyük magistrallarında sürət həddi endirildi

Bakının böyük magistrallarında sürət həddi endirildi

Sürücülərə nəzərə almaları tövsiyə edilir

Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir.

BakuCity.az

Bakı yol sürət həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər