Bakıda 7 marşrut xətti üzrə müsabiqənin ŞƏRTLƏRİ

Bakıda 7 marşrut xətti üzrə müsabiqənin ŞƏRTLƏRİ

Şərtlər açıqlandı

Bakıda 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

BakuCity.az xəbər verir ki, şərtlərlə Bakı Nəqliyyat Agentliyinin rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 24.02.2020-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər.

Bakıda 7 marşrut xətti üzrə müsabiqənin ŞƏRTLƏRİ, fotoşəkil-1 Bakıda 7 marşrut xətti üzrə müsabiqənin ŞƏRTLƏRİ, fotoşəkil-2 Bakıda 7 marşrut xətti üzrə müsabiqənin ŞƏRTLƏRİ, fotoşəkil-3

BakuCity.az

avtobus marşrut müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər