“Google”da karyera qurmaq imkanı qazanın
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yeni qlobal layihəyə start verilir.
BakuCity.az xəbər verir ki, layihəyə ilk olaraq Bakıdan başlanılacaq.
“Bakı Google Maps”də adlı layihədə Azərbaycan paytaxtı geniş formatda "Google Maps"də yerləşdiriləcək.
Qeyd edək ki, bu, iştirak edəcək şəxslərin gələcəkdə “Google”da karyera imkanına böyük təkan olacaq.
Layihədə istənilən şəxs iştirak edə bilər. Bunun üçün:
1. “Street View” proqramını yükləmək;
2. "Private"-ə (“Şəxsi”) daxil olmaq;
3. Olduğunuz yerin şəklini çəkmək lazımdır.
Saat fərqi olduğu üçün təsdiqlənmə bir qədər gecikə bilər. Əgər yerləşmə düzgün və çəkilən şəkillər
keyfiyyətlidirsə, “Google” tərəfindən təsdiqlənəcək. Təsdiqlənməni isə “Google Maps”ə daxil olaraq izləmək olar.
Əlavə edilən şəkillərlə bağlı [email protected] e-poçtuna məlumat vermək xahiş olunur.
BakuCity.az