Bakı ilk onluqdadır
"TurStat" turizm portalı Avropanın ən romantik şəhərlərinin reytinqini tərtib edib.
BakuCity.az xəbər verir ki, siyahıda Azərbaycan paytaxtı da yer alıb.
İlk onluqda Bakı ilə yanaşı, Paris, Sankt-Peterburq, Amsterdam, Tallin, Praqa və Minsk də var.
Reytinq sevgililərin istirahəti və tətillərdə, həftəsonları romantik səfərlər baxımından populyarlığa və 5 mindən çox iştirakçı arasında sorğuya əsasən hazırlanıb.
BakuCity.az