Maaşın 50 faizini işəgötürən müəssisə ödəyəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
BakuCity.az "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçiriləcək layihə çərçivəsində işsiz və işaxtaran gənclərin məşğulluğunun artırılması ilə yanaşı, onların əməkhaqları da maliyyələşdiriləcək.
Həmçinin oxu: Nazirlikdən maaşların növbəti dəfə artırılması ilə bağlı ŞAD XƏBƏR
Artıq əməkhaqlarının maliyyələşdirmə müddəti və məbləği də müəyyənləşdirilib. Belə ki, müəssisələrdə çalışan işçilərin maaşının 50 faizi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək. İşçilərin əməkhaqlarının 50 faizi Beynəlxalq Əmək Təşkilatı, digər 50 faizini isə işəgötürən müəssisə ödəyəcək.
Yeni layihədən yararlanmaq istəyən gənclər rayon məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata düşməlidirlər. İndiyədək artıq 148 gənc qeydiyyata alınıb.