Hadisənin səbəbi araşdırılır
Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.
Bu barədə BakuCity.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O deyib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.
B.Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.
BakuCity.az