Torpaq axını yenidən aktivləşdi
Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb.
Həmçinin oxu: Badamdar sürüşmə sahəsində görüləcək işlər açıqlandı - Ərazidən REPORTAJ
Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Axın bu gün səhər saatlarında yağışdan sonra başlayıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.
Xatırladaq ki, ərazidə artıq üçüncü dəfədir ki sürüşmə olur.