Cem Adrian Bakıda konsert verəcək - FOTO + VİDEO

Cem Adrian Bakıda konsert verəcək - FOTO + VİDEO

Cem Adrian Bakıda növbəti dəfə konsert verəcək

EVENT OFFICE-in təşkilati dəstəyi ilə tanınmış türkiyəli müğənni Cem Adrian bir ildən sonra yenidən Bakıda azərbaycanlı pərəstişkarları ilə görüşəcək.

BakuCity.az xəbər verir ki, keçən il 2 mindən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan C.Adrian bu dəfə 28 mart saat 20:30-da "Elektra Events Hall" səhnəsində növbəti konsertini verəcək.

C.Adrian 10 ildir sadəcə cəlbedici səsi ilə deyil, fərqli musiqisi ilə bəstəkar və söz yazarı olaraq musiqinin müxtəlif sahələrində bir çox əsərlərə imza atıb. 

Son olaraq "Çukur" serialındaki "Kum Gibi" mahnısı ilə milyonları özünə heyran edən, musiqidə sərhədləri, tərzləri, qaydalar kənarında özünü sadəcə "Azad musiqiçi" olaraq təyin edən C.Adrianın budəfəki konsertinin də möhtəşəm olacağına şübhə yoxdur.

Biletləri şəhərin bütün kassalarından, "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, "ASAN xidmət" mərkəzlərindən və www.iticket.az saytından əldə etmək olar.

Əlaqə: +994 99 333 83 68

Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır. 

Cem Adrian Bakıda konsert verəcək - FOTO + VİDEO, fotoşəkil-1

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Cem Adrian konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər