Alıcılar daha çox ucuz mənzilləri alır
Ötən ay Bakıda həm ilkin, həm də təkrar mənzil bazarında qiymət artımı qeydə alınıb.
BakuCity.az-ın məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1.14 faiz artım qeydə alınıb.
Ekspertin sözlərinə görə, il ərzində isə təkrar mənzi bazarında qiymət 1.72 faiz azalıb.
N.İbrahimov vurğulayıb ki, ilkin mənzil bazarında ay ərzində artım 7.49, il ərzində isə 1.68 faiz təşkil edib:
"İlkin mənzil bazarında qiymət artımı struktur dəyişikliyi ilə bağlıdır. Son zamanlar ilkin mənzil bazarında tikintinin həcmində qismən azalma müşahidə olunur. Yəni təklif portfelində azalma var və alıcılar daha çox ucuz mənzilləri alır, bahalı mənzillər isə porfteldə qalır. Bu da qiymət artımına səbəb olur”.
BakuCity.az