Bakıda mitinq keçirilməsinə icazə verildi

Bakıda mitinq keçirilməsinə icazə verildi

Müraciətə müsbət cavab verilib

REAL Partiyasının sədri İlqar Məmmədov mitinq keçirilməsi ilə dünən yenidən Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BakuCity.az xəbər verir ki, İcra Hakimiyyəti müraciətə cavab verib. 

Bildirilib ki, dünənki müraciətdə qanunun tələbi pozulub. Belə ki, müraciət mitinq təyin edildiyi gündən 5 gün qabaq edilməlidir.

Buna baxmayaraq BŞİH müraciətə müsbət cavab verərək mitinqin Lökbatan qəsəbəsindəki 28 May küçəsi, "Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim- idman bazasında keçirilməsinə icazə verib.

BakuCity.az

Bakı mitinq icra hakimiyyəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər