Azərbaycanda satıcısız mağaza açıldı - İLK DƏFƏ

Azərbaycanda satıcısız mağaza açıldı - İLK DƏFƏ

Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub

Son illər beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanda abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi davam etdirilir.

BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərə çatıb. Onlardan 40 faizi  xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək məqsədilə Azərbaycanda ilk dəfə “Naftalan 24/7” satıcısız pilot-layihə mağazasının təqdimatı keçirilib.

Bu tip layihələr xaricdə bir neçə ölkədə olsa da, Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib. “Naftalan 24/7”- satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həm də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu pilot-layihə “Ədalət testi” də adlandırıla bilər.

Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac duyduğu mallar da satışa çıxarılıb.

“Naftalan məlhəmi” MMC-nin 20-dək ilk tələbat malları - diş məcunları, krem, yağ, şampunı, sabun və digər mallar satışa çıxarılıb.

Mağazanın uzunmüddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

BakuCity.az

Naftalan satıcısız mağaza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər