Güləşçimizdən erməni rəqibi üzərində fantastik qələbə - VİDEO

Güləşçimizdən erməni rəqibi üzərində fantastik qələbə - VİDEO

İlk görüşünü keçirib

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

BakuCity.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

Son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev ilk görüşünü erməni idmançı Gevorq Mxeyana qarşı keçirib.

Təmsilçimiz erməni rəqibinə 0:8 hesabı ilə məğlub olsa da, özünü toparlayaraq qalib gəlməyi bacarıb - 15:8.

A.Mustafayevin 1/8 finalda rəqibi Belarus güləşçisi Viktor Serada olacaq.

BakuCity.az

güləş Avropa çempionatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər