Bakıda böyük velosiped yolları şəbəkəsi salınacaq - VİDEO

Ekoloji vəziyyətə də yaxşı təsir edir

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək. Bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək. Hazırda isə paytaxtın mərkəzi küçələrinin birində bu yol fəaliyyətdədir.

BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, əhalinin velosiped sürməyə artan marağını nəzərə alaraq, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində bu cür velosiped yolları təşkil edilib. Qeyd edək ki, bu yol təxminən 200 metrlik hissəni əhatə edir. Ümumiyyətlə, velosiped yollarının ilk olaraq paytaxtın mərkəzi küçə və prospektlərində təşkili nəzərdə tutulub.

Velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tutulub. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin nəqliyyat planı hazırlanarkən Bakı Nəqliyyat Agentliyi tərəfindən velosiped zolaqları və dayanacaqları ilə bağlı məsələlər də əksini tapıb və artıq icra edilib. Birinci mərhələdə paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar əraziləri, ikinci mərhələdə isə İçərişəhər, Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud, Atatürk, Nəriman Nərimanov, Sahil parkları, Ağ Şəhər, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, dünyanın əksər ölkələrində velosiped tıxacların qarşısının alınması ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım edir:

“Ölkəmizdə də bu vasitədən istifadənin genişləndirilməsi zəruridir. Bu məqsədlə, Dənizkənarı Milli Parkda 4 km uzunluğunda velosiped yolu salınıb və Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılıb. Hazırda şəhərimizin yenidən qurulan ərazilərində, habelə digər şəhər və rayonlarda velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər müzakirə olunur.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovun sözlərinə görə, velosiped yolları çəkiləndən sonra görüləcək işlərdən biri də xüsusi dayanacaqların yaradılmasıdır.

M.Qəmbərov deyib ki, xüsusi dayanacaqların yaradılmasıyla şəhərdə ətraf mühitin, infrastrukturun, mədəniyyətin və alternativlərin sayı artacaq:

"Üstəlik, tıxacın olduğu vaxtlarda velosiped yolları əksər şəhər sakinlərinə hərəkət azadlığı verəcək. Ümumiyyətlə velosiped yollarının Bakının bütün küçələrində təşkili planlaşdırılır”.

BakuCity.az

Bakı velosiped yolları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi...
İdman
“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də...
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib. "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı...
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az
Hadisələr
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.  Hadisə nəticəsində ölən və yaralananlar var.  TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəf...
Ekologiya
Bakı və Abşeronda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütu...
Kriminal
İtlərə narkotik vurub döyüşdürən və qanunsuz it döyüşlərini təşkil edənlər saxlanılıb.  "Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib". BakuCity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun dediyinə görə, polis əməkd...
Cəmiyyət
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? Dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi? BakuCity.az x...