Bakıda bir evdə yaşayan nəvələr nənənin öldüyünü 3 gün sonra biliblər

Bakıda bir evdə yaşayan nəvələr nənənin öldüyünü 3 gün sonra biliblər

Qonşular kəskin qoxudan şübhələniblər

Bakıda evdən meyit tapılıb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakini, 1930-cu il təvəllüdlü Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib. 

Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyən edilib. Belə ki, qadın evdə nəvələri ilə birgə yaşayıb. Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxudan şübhələnən qonşular mənzilə daxil olduqda qadının meyitini aşkar ediblər.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

BakuCity.az

Bakı mənzil qadın meyiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər