Stilist Vadim Qalaqanov yaxın vaxtlarda dövri mətbuatda da işləyəcək
Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək.
BakuCity.az "Sputnik"ə istinadən xəbər verir ki, Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur.
Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalın ilk üzünün qəhrəmanı artıq Londonda çəkilişlərdə iştirak edib, lakin Qalaqanov hələ ki, jurnalın ilk nömrəsinin detallarını açıqlamaq istəməyib.
BakuCity.az