Əsas yoldan istifadə etmək tövsiyə olunub
Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.
BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.
BakuCity.az