Rauf Arifoğlu Məzahir Pənahovu sərt tənqid etdi: "Bunu "Feysbuk"a baxmağa qoymamaq lazımdır"

Rauf Arifoğlu Məzahir Pənahovu sərt tənqid etdi: "Bunu "Feysbuk"a baxmağa qoymamaq lazımdır"

"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı"

"Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı".

BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)... Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni-yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdır.

Həmçinin oxu: Rauf Arifoğlundan gözlənilməz təklif: "Səsvermənin nəticəsi ləğv edilsin, bir daha yarışaq"

Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. "Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer", - dedi...

İkinci dəfəmizdə bunu "Feysbuk"a baxmağa qoymamaq lazımdır. Hər şey "Feysbuk"dakı kimi olsaydı, dünən MSK-nın qarşısında 35-40 min "like" olmalı idi. Cəmi 35-40 idilər".

Rauf Arifoğlu Məzahir Pənahovu sərt tənqid etdi: "Bunu "Feysbuk"a baxmağa qoymamaq lazımdır", fotoşəkil-1

BakuCity.az

Rauf Arifoğlu Məzahir Pənahov seçkilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər