“Güc birlikdədir” – Moldovada Forum keçirildi - FOTO

“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir

2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib.

BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırılmış, mütəmadi olaraq ekranlarda Bakı gələcəyin şəhəri və digər çarxlar nümayiş etdirilib.

Forumun əsas məqsədi, Moldova Respublikasının bütün bölgələrində yaşayan gənclərimizin bir araya gətirilməsi, onların yeni təklifləri ətrafında fikir mübadiləsinin aparılması, həmçinin gənclərin problemləri ilə yaxından tanış olmaq, eyni zamanda istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstəy göstərilməsi olub.

Forumda Moldova Respublikasının Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Quliyev, Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri və 30 il öncə diasporanın yaranmasında fəal olan hörmətli soydaşlarımız iştirak edib.

Tədbirin açılışı gənclərdə vətənə hörmət hisslərinin artırılması məqsədilə ümummilli lider H.Əliyevin Azərbaycan haqqında söylədikləri sözlər və ulu öndərin S.Vurğunun “El bilir ki sən mənimsən” adlı şeirinin duyğulu söyləməsi səhnəsinin nümayişı ilə başlanılmış daha sonra azərbaycan və moldova himnləri səsləndirilib.

İlk olaraq söz Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidova verilmişdir. H.Məcidov çıxışında qonaqları salamlayaraq forumun məqsədindən danışmış, gənclərimizi diasporanın 30 il öncə yaradılmasının əsasında duran soydaşlarımızın məsləhətlərindən və köməklərindən faydalanmağa çağırıb.

Moldova Respublikasının Mədəniyyt və Təhsil Nazirliyiin Dövlət Katibi İvan Georgiu öz çıxışında gənc soydaşlarımızı ilk dəfə bu forumun təşkil edilməsi münasibətilə təbrik etmiş, “Güc Birlikdədir” şuarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və belə bir forumun tərifəlayiq olduğunu qeyd edib. İ. Georgiu Moldovanın Mədəniyyət və Təhsil Nazirinin isti salamlarını çatdırmış və onlar tərəfindən gənclərimiz ilə daim çalışmağa və dəstək olmalarına hazır olduqlarını vurğulayıb.

Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa öz çıxışında ilk dəfə olaraq, çoxsaylı gənclərimizin bir araya toplanmasını onda qürur hissini oyatdığını, bele bir forumun ilk dəfə təşkil edilməsi üçün Səfirliyə dərin təşəkkürünü bildirib. N.Reditse, onun rəhbərlik etdiyi Agentliyin qapiları gənclərimizə daim açıq olduğunu, onlar tərəfindən keçiriləcək hər hansı bir tədbir üçün agentliyin bütün resurslarından istifadə edilməsinə dəstək olacağına vəd vermişdir. Həmçinin o, Azərbaycan Respublikasının Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin öz soydaşlarının problemləri və inkişafları ilə daim maraqlanmalarının gözəl nümunə olduğunu bildirib.

Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Quliyev çıxış edərək, Komitənin sədri F.Muradovun adından hər kəsi salamlayaraq sədrin xoş sözlərini çatdırıb. Daha sonra R.Quliyev Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələri barədə danışmışdır. Onun tərəfindən gənc soydaşlarımıza Komitənin nəzdində yardım fondunun mövcudluğu barədə məlumat verilib, gənclərimizin Komitənin saytında qeydiyyatdan keçərək təqdim edilən maraqlı və kreativ layihələrin yardım fondu tərəfindən maliyyəşdirilməsi üçün fəal olmağa çağırışlar edib.

Səfir Q.Osmanov öz çıxışında xaricdə yaşayan soydaşlarımızın birliyi və qorunması üçün ümummilli lider Heydər Əliyevin verdiyi töhfədən danışmış, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı işdən, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxlamasından danışıb. Səfir gənclərimizi daim öz üzərində çalışmalarına, öz ana dilləri ilə yanaşı yerləşdiyi ölkənin dilini bilmələrinə, Moldova mədəniyyəti və həyat tərzinə uyğun olmalarına, eyni zamanda öz köklərini unutmayaraq milli ruhun qorunmasına çağırışlar etmişdir. Səfir gənc soydaşlarımızın bir arada toplanmağından məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini vurğulayıb.

Daha sonra meydan gənclərimizə verilib, onların yeni ideyaları, fikirləri və təklifləri dinlənilmişdir, maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov 2020-ci ilin 1-2 fevral tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirakından və təsuratlarından danışmış gənclərimizi bərabər olmağa və bir birilərinə əllərindən gələn köməkliyi etmələrinə çağırıb.

Digər bir gənc Ruslan İsmayılov, eyni zamanda Moldova Azərbaycanlılar Kongresi Şurasının üzvü söz alaraq, şuranın adından gözlənilməz bir gərarı səsləndirmişdir. O tribunaya çıxaraq Şuranın gərar və tələbini Səfirə çatdırılmasında soydaşlarımız tərəfindən səlahiyyətli olduğunu bildirib. Onun tərəfindən, Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarına yeridilməsi məqsədilə güclü və müdrük liderin olmasının vacibliyini bildirib. O, şuranın gərarına əsasən bu liderliyi hal-hazırda yalnız bir nəfərə Firuz İsayevə məxsus olduğunu vurğulamış və hətta Konqresin adından, gənclərin gələcəyi naminə Firuz İsayevin Konqresin növbəti iclasında lider seçilməsi tələbini irəli sürmüşdür. F.İsayevin Konqresin lideri seçilməsində Səfirliyin qarant olmasına və bu məsələnin tezliklə öz həllini tapmasında Səfirin yardımçı olmasını xahiş edib.

Öz növbəsində, Səfir Q.Osmanov belə bir çıxışın gözlənilməz olduğunu, və məsələnin gələcək iclasda səsə qoyulması üçün forum iştirakçılarına müraciət edib. Forumun iştirakçıları yekdilli olaraq onların lideri qismində Firuz İsayevin olmasını dəstəkləyiblər.

Forumda yerli KİV tərəfindən çəkilişlər aparılırdı. KİV nümayəndələri ilə söhbətimiz zamanı onlar tərəfindən ilk dəfə belə canlı, maraqlı və səmimi forumun izlənilməsi qeyd edilib.

Forum çərçivəsində iştirakçılara təşkil edilmiş furşetdə gənc soydaşlarımız bir-biriləri ilə yaxından tanış olmuş, səmimi ünsiyyətlərini davam edərək belə bir fürsətin ilk dəfə yaranmasından məmnun olduqlarını bildiriblər. Onlar tərəfindən ilk dəfə belə bir tədbirin təşkil edildiyi üçün Səfir başda olmaqla Səfirliyin əməkdaşlarına dərin təşəkkür bildirilib.

BakuCity.az

“Güc birlikdədir” Moldova forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az