Bakıda qonşular çinli qıza təzyiq göstəriblər: "VİRUS!" - FOTO

Bakıda qonşular çinli qıza təzyiq göstəriblər: "VİRUS!" - FOTO

"Bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq”

Çin vətəndaşı Bakıda mənəvi təzyiqə məruz qaldığını iddia edir.

Adının çəkilməsini istəməyən çinli qız BakuCity.az-ın redaksiyasına göndərdiyi məktubda kirayədə qaldığı mənzildə qonşuların təzyiqi ilə qarşılaşdığını yazıb.

O, dostları ilə birgə Azərbaycana səyahət məqsədilə gəldiyini, lakin koronavirus səbəbindən iki həftədən çoxdur Azərbaycanda qaldığını bildirib. Azərbaycan xalqının çox mehriban olduğunu, lakin son günlər qarşılaşdığı vəziyyətdən sarsıldığını qeyd edib.

Çin vətəndaşı Dilarə Əliyeva küçəsində yeni bir kirayə mənzilə yerləşdiklərini və burada qonşuluqda yaşayan yaşlı qadınların hərəkətindən məyus olduqlarını yazıb. O bildirib ki, fevralın 13-də evə qalxarkən dezinfeksiyaedici bir qoxu duyub və bunu qonşularının etdiyini, ona qışqırdıqlarını görüb. Onlar çinli qızdan buradan getməsini istəyiblər.

Həmçinin oxu: Bakıda karantində saxlanılan çinli tələbənin atası koronavirusdan ölüb

Fevralın 14-də isə qonşular evə həkim gətirmək istəyiblər. Amma 20 yaşlı çinli müayinə olunmağa razılaşmayıb, peşəkar həkim gətirilməsini istəyib. Sonra qızın köməyinə ev sahibi çatıb.

O, ev sahibinin yaxşı insan olduğunu, lakin belə bir şəraitdə buradan köçməli olduqlarını bildirib:

“İndi küçədə gedərkən bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq”.

Bakıda qonşular çinli qıza təzyiq göstəriblər: "VİRUS!" - FOTO, fotoşəkil-1

Çin vətəndaşı qonşulara məktub yazmağı da unutmayıb:

BakuCity.az

Bakı Çin vətəndaşı koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər