Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO

Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO

Bu gündən yeni avtobuslar işləyir

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən "İsuzu Novociti" markalı avtobuslar cəlb edilib.

Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Agentliyin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusun gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-1 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-2 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-3 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-4 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-5 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-6 Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı marşrut yeni avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər