Bakı-Sumqayıt yolunda YPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO

Bakı-Sumqayıt yolunda YPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO

Patrul avtomobili qəzadan yayınmağa çalışsa da...

Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb.

BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səbəb olub:

“Görüntülərdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün patrul xidmətinin avtomobilini görürsünüz. Avtomobillərdən biri nasazlıq səbəbindən yolun hərəkət istiqamətində qalıb. Qarşıda hərəkət edən “Mercedes” markalı avtomobil isə qəfil manevr edərək YPX avtomobilinin önünə keçib. Patrul avtomobili qəzadan yayınmağa çalışsa da, bu mümkün olmayıb. Nəticədə YPX avtomobili həmin avtomobillə toqquşub”.

BakuCity.az

yol polisi qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər