Bakıda pilateslə məşğul olmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bakıda pilateslə məşğul olmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Proqram eyni olsa da, qiymətlər fərqlidir

Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir.

Məşhur idman növlərindən olan pilatesin məqsədi qarın və kürək nahiyələrini bərabər şəkildə gücləndirib, bədənin üst qismində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərdən meydana gəlir. Bu səbəbdən bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları, yorğunluq və stressdən uzaq olmağın ən təsirli yolu pilatesdir. Pilatesin hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda, bütün bədəni əyərək onurğaların arasını açır və bədəndə zamanla meydana gələn yığıntıları yox edir, hətta onurğaların açılması ilə boy 2 santimetrə qədər uzana bilər. 

BakuCity.az idmanı həyat tərzinə çevirmək istəyənlər üçün insan ruhuna və vücuduna müsbət təsir edən idman növü - pilates üzrə mərkəzlərin beşliyini təqdim edir. 

“PilatesLife_Woman's”

Pilates salonundan verilən məlumata görə, burada məşqlər qrup və fərdi şəkildə həyata keçirilir. Qrup şəklində bir nəfər üçün həftədə 2 dəfə olmaqla aylıq ödəniş 120 manat, həftədə 3 dəfə olmaqla 150 manatdır. Pilateslə fərdi şəkildə məşğul olmaq istəyənlər üçün ödənişin məbləği isə həftədə 2 dəfə 250, 3 dəfə isə 280 manat təşkil edir. Qrafik həftənin tək və ya cüt günləri üzrə seçilir. 

Mərkəzdə 8-10 yaşlarında uşaqlar üçün də qruplar var. Qiymət fərqi yoxdur. 50 yaşdan sonra müraciət edənlər isə yalnız fərdi paketə qoşula bilərlər. 

Hazırda müraciət edən hər kəs özü ilə əlavə olaraq 3 nəfər gətirdikdə bir aylıq abunəlik hədiyə qazanır. Salonda kişilər üçün də zal ayrılıb.

Ünvan: Səməd Vurğun, 34
Əlaqə: (+994 12) 555 65 11

Bakıda pilateslə məşğul olmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR, fotoşəkil-1

“Baku Pilates Center”

Mərkəzdən qeyd ediblər ki, burada da qrup və fərdi şəkildə məşğələlər aparılır. Qrup halında həftədə 3 dəfə səhər saat 09:00-dan axşam saat 19:00-a kimi (1-3-5 və 2-4-6-cı günlər) olmaqla hər saat məşqlər var: 12 məşqin qiyməti 119 manatdır. Fərdi şəkildə isə 15 dərs 150 manat təşkil edir. Məşqlərin müddəti 50 (standart) dəqiqədir.

Ünvan: Akademik Həsən Əliyev, 274
Əlaqə: (+994 55) 959 15 36

“PilatesLife Baku”

Yalnız xanımlara xidmət göstərən bu mərkəz bazar ertəsi və cümə günləri saat 09:00-dan 21:00-dək, şənbə günü isə 16:00-dək işləyir. Bütün məşğələlər qadın məşqçilərin iştirakı ilə aparılır.

Məşqlərə həm qrup, həm fərdi şəkildə qatıla bilərsiniz. Qrup dərsləri həftədə 3 dəfə – ayda 12 məşq olmaqla 100 AZN, həftədə 2 dəfə - ayda 8 məşq olmaqla 80 AZN, həftədə 1 dəfə isə 60 AZN-dir. Qrup məşqləri xüsusi texnika (Reformer) ilə həftədə 3 dəfə 150, 2 dəfə isə 120 manat təşkil edir. 

Fərdi məşğələ həftədə 3 dəfə - ayda 10 məşq 280 AZN, həftədə 2 dəfə - 8 məşq 250 AZN, birdəfəlik pilates məşqi isə 40 AZN təşkil edir. 

Sınaq məşq ödənişsizdir. 

Ünvan: Səməd Vurğun, 34
Əlaqə: (+994 50) 995 05 50

Bakıda pilateslə məşğul olmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR, fotoşəkil-2

“Basi Pilates Baku”

“Basi Pilates” ABŞ-ın tanınmış pilates mərkəzlərindən biridir ki, hazırda Azərbaycanda da fəaliyyət göstərir.

Buradan aldığımız məlumata görə, məşqlər həm fərdi, həm də qrup şəklində həftədə 2 və 3 dəfə olmaqla reallaşır. Qrup şəklində həftədə iki dəfə 120 AZN, 3 dəfə isə 150 AZN edir. Fərdi şəkildə 250 (iki dəfə) və 280 (üç dəfə) manat ödəməklə məşqlərə qatıla bilərsiniz. Sınaq məşqi ödənişsizdir və bütün məşqlər məşqçi ilə keçirilir. Kampaniyalara gəlincə, hazırda mərkəzə üç rəfiqəsi ilə gələn xanımlara bir aylıq abunəlik hədiyyə edilir. 

Ünvan: İstiqlaliyyət, 5
Əlaqə: (012) 505 81 85

“Pilasophy Baku”

Mərkəzdə pilateslə sadəcə fərdi şəkildə məşğul ola bilərsiniz. Bu zaman mərkəz bir aylıq paketə daxil olan 10 məşqi 400 manata, 2 aylıq paketə daxil olan 10 məşqi isə 500 manata təklif edəcək. Qrafik məşqlər fərdi olduğuna görə müştərilərin istəyinə əsasən tərtib olunur. İstəsəniz, bir aylıq paketə həftədə 4 və ya 5 məşq günü əlavə edə bilərsiniz. 

Mərkəzə 13 yaşından yuxarı uşaqlar da qəbul olunur. Ödəniş böyüklərlə eynidir. Endirim və xüsusi kampaniyalar daha çox bayram günlərində olur.

Ünvan: Bülbül, 74
Əlaqə: (+994 55) 221 65 92

Sağlam olun!

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı plates idman zalları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər