Lider namizəd Mixail Zabelindir
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.
BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər:
Həmçinin oxu: Rauf Arifoğlu Məzahir Pənahovu sərt tənqid etdi: "Bunu "Feysbuk"a baxmağa qoymamaq lazımdır"
"Müəyyən edilib ki, onlardan 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollarda müəyyən fərqlər yaradılıb".
İclasda 1, 2, 3, 4, 18, 30 və 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.
Qeyd edək ki, Mixail Zabelinin lider namizəd olduğu 34 saylı Xətai ikinci seçki dairəsinin 36 seçki məntəqəsi var.
BakuCity.az