Bakıda evlərdən oğurluq edən yetkinlik yaşına çatmayanlar tutuldu - FOTO

Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar

Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs 2-ci mərtəbə yerləşən mənzilə pəncərəni qıraraq daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.

Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində S.S. Axundov küçəsində yerləşən dönər satışı məntəqələrindən birindən 800 manat və bir ədəd dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Araşdırma zamanı onun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BakuCity.az

Bakı oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az