Əmək müqaviləsi olmadan işləməyin daha bir acı nəticəsi - VİDEO

Əmək müqaviləsi olmadan işləməyin daha bir acı nəticəsi - VİDEO

Sağlamlığını itirmiş bir şəxsin həyat hekayəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirmə məqsədilə növbəti videoçarx hazırlanıb.

BakuCity.az xəbər verir ki, videoçarxda istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş bir şəxsin həyat hekayəsi timsalında əmək müqaviləsi olmadan işləməyin daha bir acı nəticəsini görürük.

Aydın olur ki, əmək müqaviləsi yalnız gələcək sosial təminat üçün deyil, işçinin iş prosesində baş verən bədbəxt hadisə nəticəsində ciddi zərər çəkdiyi halda da sosial müdafiə olunması, tək və dəstəksiz qalmaması üçün əsas yaradır.

BakuCity.az

əmək müqaviləsi sosial çarx
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər