Nobel prospektində bu dəyişiklik edilsə, sürücülərin yolu qısalacaq - TƏKLİF

Nobel prospektində bu dəyişiklik edilsə, sürücülərin yolu qısalacaq - TƏKLİF

Sürücülərin rahat geriyə dönməsi təmin edilə bilər

Paytaxtın Nobel prospektində sürücülərin getdiyi məsafəni qısaltmaq və təhlükəsizliyi təmin etmək üçün hərəkətin təşkilinə dəyişiklik edilməsi təklif olunur.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nobel prospektinin "Nargilə kafesi" istiqamətinə olan hissəsində Süleyman Əhmədov küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün svetoforun əlavə bölməsi nəzərdə tutulur. Əlavə bölmədə yaşıl işıq yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinə hərəkət qadağan edilir.

Həmçinin oxu: Bakıda daha bir yolda hərəkət dəyişdirildi - FOTO

Nobel prospektinin şəhər istiqamətinə olan hissəsində (Süleyman Əhmədov küçəsi ilə kəsişmədə) svetoforun sola əlavə bölməsi olmadığı və sol zolaqda hərəkətin düzünə təşkil edildiyi üçün geriyə dönmək istəyən sürücülərin yolu uzanır. Bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün əlavə bölmənin yaradılması sürücülərin rahat, fasiləsiz geriyə dönməsini təmin edə və konfliktsiz keçid yarada bilər.

BakuCity.az

Bakı Nobel prospekti hərəkətdə dəyişiklik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər