“Sədərək”də dəhşətli yanğın: tüstüsü şəhəri bürüdü - FOTO + VİDEO

“Sədərək”də dəhşətli yanğın: tüstüsü şəhəri bürüdü - FOTO + VİDEO

Alov güclü olduğundan bir sıra mağazalara keçib

Bakının “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

BakuCity.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Alov güclü olduğundan bir sıra mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın güclü olduğu üçün tüstüsü şəhərin böyük bir hissəsinə yayılıb.

BakuCity.az

“Sədərək” ticarət mərkəzi yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər