Malların bazardan çıxarılmasına cəhd göstəriblər
Bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı polislər həyatlarını təhlükəyə atıblar.
BakuCity.az Baku.ws-ə xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.
Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO
Sahibkarlar dərhal öz mallarını yanğın olan ərazidən çıxarmağa çalışıblar.
Ərazidə xidmət göstərən polis əməkdaşları da sahibkarlara kömək edib və malların bazardan çıxarılmasına cəhd göstəriblər.
Bazarı tüstü bürüməsinə baxmayaraq, onlar sahibkarları tək buraxmayıb və lazımi köməklik göstəriblər.