Sezar Meza Kolli 2013-cü ildən Azərbaycanda oynayır
Azərbaycanda daha bir legioner futbolçu milliləşdirilə bilər.
Bu barədə BakuCity.az AFFA-ya istinadən məlumat verir.
Qeyd olunur ki, 2013-cü ildən etibarən Azərbaycanda çıxış etməsi nəzərə alınaraq, hazırda “Keşlə” Futbol Klubunun üzvü olan futbolçu Sezar Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.
BakuCity.az