“Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA

“Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA

60-a yaxın mağaza yanıb

“Sədərək” Ticarət Mərkəzi yanır, bazarın çıxışındakı şlaqbaumlar bağlıdır, kassirlər maşınların bazardan çıxması üçün 50 qəpik yerpulu yığır”.

BakuCity.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bunu hadisə yerində olan jurnalistlərdən biri “Facebook” səhifəsində yazıb.

Həmçinin oxu: "Sədərək"dəki yanğın söndürüldü, nazir hadisə yerindədir - SON GÖRÜNTÜLƏR

Hadisəyə ironik münasibət bildirən jurnalist belə getsə, yanğınsöndürən maşınların da ərazidən çıxanda pul ödəyəcəyini bildirib.

Qeyd edək ki, bu gün “Sədərək” Ticarət Mərkəzində güclü yanğın olub.

Hadisə nəticəsində 60-a yaxın mağaza yanıb, 9 nəfərin zəhərləndiyi bildirilir.

BakuCity.az

"Sədərək" ticarət mərkəzi yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər