11 dərəcə isti olacaq
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralın 19-da paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
BakuCity.az