Bakıda bankirin oğlu iynədən şoka düşərək ölüb

Bakıda bankirin oğlu iynədən şoka düşərək ölüb

Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Məmməd Araz küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib.

Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

BakuCity.az

Bakı iynə ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər