Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO

Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb

Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

BakuCity.az

Bakı bina yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər